Menu

Antirrhinium № 001

Antirinium bitkisi bitkilər arasında ən çox rəng fərqliliyinə malikdir. Onun gülləri göy rəngdən başka əksər rənglərdə ola bilər. Onun gövdəsi aşağı nahiyədən başlayaraq çiçəklərlə əhatə olunmuşdur. Hündürlüyü maksimum 15sm olur. Drenajlı, qismən nəm torpaqda daha yaxşı inkişaf edir. Daha çöx isti iqlimə uyğunlaşmayan bu bitkinin yay aylarında çiməkləri solur, payız aylarında isə çiçəkləməyə başlayır. Həftədə bir dəfə torpağı nəm saxlamaq şərtilə sulamaq lazımdır. Əsasən payız, qış və yaz fəsillərindəinkişaf edir.

 

Begonia № 002

1400-dən çox növü olan Begonya üçün xarakterik iqlim tropik və subtropik iqlimdir. Begnya bitkisinin bəzi növləri yaşıllığına görə, bəziləri isə gözəl, müxtəlif rəngli güllərinə görə dekorasiya məqsədilə yetişdirilir. Ev Begonyaları günəş ışığını çox sevirlər. Minimum 13 °C şaxtaya dözə bilər. Belə ki, onun torpağının daima nəm saxlanılması isti havadan əziyyət çəkməsinə mane ola bilər. Fevral-Sentyabr ayları arasında, çiçəklənmə dövründə onun torpağına müəyyən miqdarda gübrə verilməsi məhsuldarlığının artmasına səbəb ola bilər. Əsasən yaz və yay aylarında Begonya sürətlə inkişaf edir.

Calceolaria № 003

Kalseolariya bitkisinin təqribi 388 növü var. Onu bəzi regionlarda "çanta çiməyi" (lady′s purse) də adlandırırlar. Bu birillik bitkinin qayğısına qalmaq çətin deyil. Belə ki, yadda saxlamaq lazımdır ki, o, ətraf-mühitini soyuq və çox da işıqlısevməyən güldür. Onun yaxşı inkişaf etməsi üçün günəş şüası düşməyən pəncərənin yanına qoymaq lazımdır. Bu bitki həmçinin topağının nəm olmasını sevmir. Sulamazdan əvvəl torpağaının tam quruduğuna əmin olmaq lazımdır. Az miqdarda maye şəklində gübrə verilməsi onun çiçəklənmə prosesini sürətləndirə və onların uzun müddət solmağının qarşısını ala bilər. Eyni zamanda Karseolarya bitkisinin kolu üzərində maksimum 50 gül ola bilər. Əsasən yaz və yay fəsillərində inkişaf edir.

Canna № 004

Kanna çiçəyinin 19 növü məlumdur. Bol yaşıllığı və iri gülləri olan bu bitki az qayğı tələb edir. Onun yarpaqları və gülləri uzun müddət öz rənglərini saxlayır. Gülləri qırmızı, sarı və narıncı rənglərdə ola bilər. Yaxşı şəraitdə Kanna çiçəyi ilbəil çiçəkləyə bilir. Onlar isti həddindən artıq sevir və buna görə də gün ərzində bir neçə saat günəş işığı qəbul etməlidir. Bu bitki, həmçinin rütubətli havada da yaxşı inkişaf edir. Laki bu zaman torpağı yaxşı drenajlı olmalı, qismən nəm və az miqdarda gübrə verilməsi onun məhsuldarlığını artıra bilər. Torpağının üzvi maddələrlə çox olması onun yaşıllığını uzun müddət saxlamasına və güllərinin solmamasına kömək edən başlıca amillərdənir. Yaz və yay fəsillərində inkişaf edir.

Celosia № 005

Vətəni qərbi Afrika olan bu bitkinin müxtəlif növlərinin bəzi mənbələrdə ümumi adına "ipəkçiçəklilər" kimi təsadüf olunur. Əksər növləri birillik olan Selosiya bitkisinin, bəzi növləri ikillik olur. Əsasən yaz aylarında çiçkləməyə başlayan bu bitkinin çiçəkləri çəhrayı, sarı, açıq və tünd qırmızı rənglərdə olur. Gün ərzində minimum 4-5 saat günəş işığı tələb edən bu bitkinin torpağı az miqdarda nəm saxlanılmalıdır. Ayda bir dəfə torpağına maye şəklində gübrə verilməsi onun məhsuldarlığının artmasına kömək edə bilər. Əsasən yaz və yay aylarında çiçəkləyir.

Chrysanthemum № 006

Xrizantema günəş işığına qarşı həssas bitkidir, işığın bol olması onun çiçəklərinin daha çox yaranmasına və inkişaf prosesinin sürətlənməsinə səbəb ola bilər. Onun bir-birindən hündürlüyünə, diametrinə, çiçəklərinin rənginə,  çiçəklənmə dövrünə görə fərqlənən yüzlərlə növü məlumdur. Çiçəklərinin rəngi ağ, sarı, tünd-qırmızı və s. rənglərdə olur. Xrizantemin bəzi növlərin yayın sonunda, bəziləri isə oktyabr ayının sonunda çiçəkləyir. Müxtəlif torpaqlara uyğunlaşa bilən bu bitki üçün üzvi torpaqlar daha faydalıdır. Günəş işığını çox sevir. Kölgədə inkişaf edə bilsə də bu zaman kökü kifayət qədər zəif olur və daha az çiçəkləyir. Onların maksimum hündürlüyü 12-15 sm aralığında dəyişir. Yaz aylarında maye şəklində gübrə verilməsi onun tez və daha çox çiçəklənməsinə səbəb ola bilər. Bu bitki payız və qış aylarında daha yaxşı inkişaf edir. 

                                                                          

Dianthus № 007

300-dən çox növü olan bu bitkinin vətəni əsasən Avropa və Asiya sayılır. O həm də bəzi mənbələrdə "çəhrayı qərənfil" adlanır. Növündən asılı olaraq birillik, ikiillik və çoxillik ola bilir. Onun çiçəkləri çəhrayı, qırmızı və ağ rənglərdə olur. Souğda davamlılığı az olan bu bitki şaxtalı hava şəraitində saxlanılsa quruya bilər. 6-8 həftədən bir torpağına maye şəklində gübrə verilməsi onun inkişafının sürətlənməsinə səbəb ola bilər. İlin bütün fəsillərində çiçək açır.

Europs № 008

Əsl adı "Afrika qızçiçəyi" olan bu bitkinin adının bəzi mənbələrdə Europs adlandırılması bu adlı botanikin şərəfinədir. Bu bitki dünyanın bir çox tropik və subtropik regionlarında yetişdirilir. Əsasən nazik uzun sarı çiçəkləri olan və bəzən də "Afrika günəşi" kimi adlanır. Bu bitki bütün fəsillərdə inkişaf edir. Yaz aylarında gübrələnməsi inkişafına müsbət təsir edə bilər. Günəş işığını çox sevən bu bitki gün ərzində minimum 4-5 saat gün işığı tələb edir. Yay və yaz aylarında bitkini vaxtı-vaxtında sulamaq lazımdır. Qış aylarında isə torpağının nəm saxlanılması kifayətdir. Bu bitki ilin hər fəslində, bəzən isə soyuq qış aylarına qədər çiçəkləyir və çiçəklərini saxlayır.

Gaura № 009

"Arı çıçəyi" kimi də adlandırılan bu bitkinin 22-dən çox növü vardır. Növündən asılı olaraq onlar birillik, ikillik və çoxillik ola bilir. Gövdəsi 1.5 metrə qədər uzanır. Gövdəsinin aşağısından başlayan yarpaqlarının sayı gövdənin sonuna yaxınlaşdıqca azalır. Hər bir çiçəyində ləçəklərin sayı dörd, bəzi hallarda isə üç olur. İnkişaf prosesindən asılı olaraq çiçəklərinin rəngi tünd və ya açıq çəhrayı rənglərdə olur. Daha az qayğıya ehtiyacı olan Qaura, gündə minimum 5 saat günəş işığı qəbul etməlidir. Yay aylarında, isti yaz və ya payız aylarında həftədə bir dəfə olmaqla sulamaq kifayətdir. Torpağının daima nəm olması onun zəif inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən, bu bitki gübrə tələb etmir. Əsasən yaz və yay fəsillərində inkişaf edir.

      

Gazania № 010

Qızçiçəyikimilər fəsiləsindən olan Qazanya bitkisinin gülü brilyant formasında sarı və narıncı çiçəklərdən ibarətdir və yay aylarında çiçəkləyir. Quraqlığa çox davamlı olan bu bitki günəş işığını çox sevdiyi kimi, gün ərzində bir neçə saat günəş işığı tələb edir. Mülayim iqlim şəraiti olan ərazilərdə inkişaf edən Qazanya bitkisi, il ərzində bir dəfə çiçək açır və bu proses erkən yaydan payız aylarına qədər davam edir. O, 15-36 sm-ə qədər uzana bilir. Sulamaqdan başka çox qayğı tələb etməyən bu bitki, susuzluğa davamlı olmasına baxmayaraq, vaxtında sulanması onun inkişafına müsbət təsir göstərə bilər. Torpağının nəm saxlanması isə, bitkinin sağlam inkişafına mane ola bilər. Bunun üçün su verərkən torpağının tam qurumasına diqqətlə fikir vermək lazımdır. Əsasən yaz, yay və payız fəsillərində inkişaf edir.

Geranium № 011

Bəzi mənbələrdə "durnadimdiyi" adlandırılan bu bitkinin 422-dən çox müxtəlif birillik, ikiillik və çoxillik növləri var. Əsasən mülayım iqlim qurşağına malik regionlarda, tropik dağlarda və Aralıq dənizinin sahillərində yetişdirilən bu bitkinin gülləri ağ, çəhrayı, mavi və tünd-qırmızı rənglərdə olur. Həddindən artıq sulanmasa müxtəlif növ torpaqlarda inkişaf edə bilir. Daha yaxşı inkişaf etməsi və çiçəkləməsi üçün gün ərzində bir neçə saat günəş işığı tələb edir. Torpağının nəm və yaxşı drenajlı olması onun inkişafını sürətləndirəcək amillərdəndir. Onun soyuğa davamlılığı az olduğundan qorumaq lazımdır. Daha çox inkişaf müddətində 4-6 həftədən bir gübrə vermək daha yaxşı inkişafına səbəb ola bilər. Əsasən yayın ortalarında, növündən asılı olaraq isə yazda və payızda çiçəkləyə bilər.

Asqılı Geranium № 012

Asqılı güllərin ən məşhurlarından olan Geranium bitkisinin yarpaqlara və ağ, qırmızı, çəhrayı, mavi rəngli güllərə bürünmüş gövdəsi maksimum bir metr hündürlüyə qədər inkişaf edə bilir. Onun ovalanan və sıx olmayan torpaqda əkilməsi mineral maddələrin sovrulmasında və maddələr mübadiləsində bitkiyə şərait yaradır. Asqılı Geraniumu torpağı tam quruduqdan sonra və gündüz vaxtı sulamaq lazımdır. Onu ən azı 6 saat gün işığlı ala biləcəyi yerə qoymaq vacibdir. Külək çox olan yerdə saxlamaq olmaz. Gülü təmiz saxlamaq, yəni qurumuş yarpaqları təmizləmək və vaxtaşırı gübrə vermək onun inkişafına müsbət təsir göstərər. Bu bitki yaz, yay və payız fəsillərində inkişaf edir.

Gerbera № 013

Günəbaxankimilər fəsiləsindən olan Gerbera bitkisi alman botaniki T. Gerberin şərəfinə belə adlandırılmışdır. Onun 30-a yaxın fərqli növü var. Bu bitkinin adına bir sıra mənbələrdə "Afrika qızçiçəyi" kimi də rast gəlmək olar. Onun tozlanması küləyin tozcuqları ətrafa yayması vasitəsilə baş verir. Gerbera gülünün baş hissəsi minimum 7 sm, maksimum isə 12 sm ola bilər. Dekorativ Gerbera bitkisinin çiçəkləri ağ, sarı, narıncı, qırmızı və çəhrayı rənglərdə olur. Çiçəyin mərkəzi isə bəzən qara rəngdə olur. Onun hər bir çiçəyi çoxlu sayda müxtəlif rəngli ləçəklərdən ibarətdir. Gerbera bitkisi dünyada ən çox istifadə olunan 5-ci bitkidir. Həddindən artıq isti hava şəraiti onun çiçəklənmə dövrünü gecikdirə bilər. Onun torpağını nəm saxlamaq, yarpaqlarını həftədə bir dəfə su ilə təmizləmək lazımdır. Çiçəklənmə dövründə bitkiyə gübrə vermək onun məhsuldarlığını artıra bilər. Bu bitki yaz və yay fəsillərində inkişaf edir.

İmpatiens № 014

850-1000 növü olan bu bitki, əsasən, Şimal Yarımkürəsində yetişdirilir. Birillik növləri erkən yay aylarından payızın sonlarına qədər çiçəklədiyi halda, çoxillik növləri isə mülayim iqlim şəraitində ilin bütün fəsillərində çiçəkləyə bilir. Çiçəkləri ağ, çəhrayı, açıq-qırmızı və tünd qırmızı rənglərdə ola bilər. Susuzluğa qarşı çox həssas bitkidir, belə ki, vaxtında sulanmasa sola bilər. Gün ərzində, orta hesabla, 3 saat gündüz vaxtı günəş işığı qəbul etməsi kifayətdir. Soyuq hava şəraitinə davamlılığı azdır. İki həftədə bir dəfə gübrə verilməsi inkişafına yardımçı ola bilər. Yaz, yay va payız aylarında çiçək açır.

Lavandula № 015

Dekorasiya məksədilə istifadə olunan bu bitki əsasən mülayim iqlim şəraitində inkişaf edir. Ondan müxtəlif yağların alınmasında da istifadə olunur. Lavandula yarpaqlarının forması bəzi növlərində sadə, bəzilərində isə mürəkkəb formaya malikdir. Belə ki, lələyəbənzər, dişli, dilik-dilik olan formaları var. Yarpaqların üzərindəki tükcüklər özlərində tibb sahəsində istifadə olunan yağ saxlayır. Bu bitkinin çiçəkləri mavi, bənöşəyi, al-qırmızı və sarımtıl rənglərdə olur. Quraqlığa davamlı olan bu bitkinin torpağının nəm saxlanılması onun inkişafına mənfi təsir göstərə bilər. Əsasən də, qış aylarında nadir hallarda sulanma tələb edən bitkidir. Lavandulanın yarpaqları özlərində çox vacib yağ saxlayır. Lavandula bitkisi bütün fəsillərdə inkişaf edir.

Lobularia Alyssum № 016

Bəzi mənbələrdə "şirin Alison" da adlanan bu bitkinin adındakı Lobularia sözü yunan dilindən tərcümədə "kiçik ləpə" mənasını verir. Birillik olan bu bitkinin hündürlüyü 5-30, eni isə 20-30 sm arasında dəyişir. Onun gövdəsindən bir neçə budaq ayrılır ki, bunların hər biri bir-birinə sıx yerləşən kiçik güllərdən ibarətdir. Çox kiçik yarpaqları 1-4 mm uzunluğundadır. Çox xoş ətri olan Alison bitkisinin çiçəkləri bir-birinə perpendikulyar yerləşən dörd çarpaz ləçəkdən ibarətdir. Onların tozlanması həşəratlar vasitəsilə baş verir. Onun çiçəkləri çəhrayı, qırmızı və bənovşəyi rənglərdə olur. Quraqlığa və istiyə davamlıdır. Daha tünd rəngli çiçəkləri olan növləri isə souyğa digərləri ilə müqayisədə daha davamlıdır. Bu bitki bütün fəsillərdə inkişaf edir.

Osteospermum № 017

Osteospermumun 50-dən çox növü məlumdur. Bir çox güllər kimi o da gün işığını çox svir. Torpağının drenajli olması bitkinin inkişafına müsbət təsir göstərər. Həmçinin bu bitki quraqlığa davamlıdır. Çiçəkləri növündən asılı olaraq mavi, sarı, çəhrayı və al-qırmızı rənglərdə ola bilir. Solmuş çiçəklərin təmizlənməsi çiçəklənmə dövrünü uzada bilən amillərdəndir. Əsasən yaz, yay və payız fəsillərində çiçəkləyir.

Petunia № 018

Bu bitkinin 35 növü məlumdur. Petunyanın müxtəlif növləri çiçəklərinin ölçüsü, rəng müxtəlifliyi ilə bir-birindən fərqlənir. Bütün növləri ildə bir dəfə çiçəkləyir. Onun tozlanması həşəratlar vasitəsilə baş verir. Bu bitki, sərt hava şəraitinə və isti iqlimə davamlılığı ilə digərlərindən fərqlənir. Lakin həddindən artıq isti hava onun çiçəkləməsini gecikdirə bilər. Gün ərzində ən azı 5 saat günəş işığı tələb edir. Petunya bitkiləri, daha çox rütubətlilik az olan yerlərdə yaxşı inkişaf edir. Ən çox inkişaf dövrü isə, yazın son aylarına təsadüf edir. Ayda bir dəfə bu bitkiyə gübrə verilməsi onun inkişaf prosesinin sürətləndirilməsinə kömək edə bilər. Bitkinin əkilməsi zamanı, hər birinin arasında minimum məsafə 25 sm olmalıdır. Yaz, yay, payız fəsillərində inkişaf edir.

Asqılı Petunia № 019

35 növü olan Petunya bitkisinin ən məşhur dekorativ formalarından biri asqılı Petunyadır. Günəş işığını çox sevdiyindən gün ərzində ən azı 6 saat günəş şüalarının yaxşı düşdüyü yerlərdə saxlanılmalıdır. Petunya bitkisi yaz, yay və payız fəsillərində inkişaf edir. Əsasən isti yay aylarında onu hər gün sulamaq lazımdır. Sulamazdan əvvəl onun quruluğunu yoxlamaq üçün baş barmaq uzunluğunda asqıdakı torpağın dərinliyinə baxmaq kifayətdir. Hər həftə asqının 180° fırladılması bitkinin hər tərəfinin eyni dərəcədə gün işığını qəbul etməsinə şərait yaradar. Bu bitkinin torpağını iki həftədən bir maye gübrə ilə gübrələmək onun daha yaxşı inkişafına yardımçı ola bilər. Bunun üçün torpağın nəm olub-olmamasınını yoxlamaq lazımdır. Əgər qurudursa bu zaman müəyyən qədər suladıqdan sonra gübrə verilməsi, onun kökünün gübrənin təsirindən yanmasının qarşısını ala bilər.

Portulaca № 020

Mülayim və tropik iqlim şəraitində inkişaf edən bu bitkinin 40-100 növü məlumdur. Bəzi mənbələrdə "Qızılgül mamırı" və ya "Günəş qızılgülü" də adlandırılır. Bu bitki müxtəlif növ torpaqlarda inkişaf edə bilir. Lakin daha çox qumlu, yaxşı qurumuş torpaqlarda sürətlə inkişaf edir. Gün işığını çox sevir. Çox isti hava şəraitində, normal inkişafını davam etdirə bilən Portulak bitkisi quruluğa da davamlıdır. Tez-tez sulanmağa ehtiyacı yoxdur. Sulayarkən isə torpağını nəm edəcək şəkildə sulamaq kifayətdir. Maksimum 10-15 santimetr uzunluğunda böyüyə bilir. O, son yaz aylarında, əsasən, payız aylarında uzun müddət qalan və qismən qızılgülə bənzəyən güllər açır. Portulak bitkisinə çox gübrə vermək lazım deyil, çünki əks halda daha az çiçəkləyə bilər. Əsasən yaz, yay və payız fəsillərində inkişaf edir.

Primula № 021

Dekorativ çiçəklərinə görə qiymətləndirilən Primula bitkisinin 500-dən çox növü var. Bu bitkinin adı ingiliscə "prime" (əsas, ilk) sözündən götürülüb, yazda ilk çiçək açan gül mənasını verir və ildə bir dəfə çiçəkləyir. Müxtəlif hava şəraitinə davam gətirən Primula bitkisi həddindən artıq soyuq və ya isti şəraitdə çiçəklənmə dövrünü gecikdirə bilir. Bu bitki daha çox Şimal yarımkürəsindəki hava şəraitinə uyğunlaşmışdır. Payız və qış fəsillərində inkişaf edir. Əsasən yaz aylarında çiçəkləyən Primulanın gülləri al-qırmızı, sarı, çəhrayı, mavi və ağ rəngdə ola bilər. Çiçəklərinin diametri növündən asılı olaraq 2.5-3.5 sm arasında dəyişir. Daha çox quru hava şəraitini sevən Primula bitkisinin torpağı daima nəm olmalıdır. Payız, qış və yaz aylarında inkişaf edir.

Vinca № 022

Vətəni Avropa, Şimali Afrika və Cənubi Asiya olan bu bitkinin digər adı isə "Əlcəzair bənövşəsi"dir və 30-dan çox növü məlumdur. Çiçəkləri əsasən bənövşəyi rəngdə, bəzi hallarda ağ və çəhrayı rəngdə olan Vinka bitkisinin 2.5-7 sm uzunluğunda 5 ləçəyi olur. Dekorasiya məqsədilə istifadə olunan bu bitkinin yarpaqları həmişə yaşıldır. Daha az qayğı tələb edir və quraqlığa davamlıdır. Onu yay aylarında həftədə bir dəfə, yaz və payız aylarında isə iki həftədə bir dəfə sulamaq kifayərdir. Onun çiçəklənmə dövrü yazın ortalarından payızın sonlarına qədər davam edir.

Viola № 023

Daha çox Şimal Yarımkürəsində yetişdirilən bu bitkiyə, Avstraliya və Havay adlarında da tez-tez rast gəlmək mümkündür. Onun təxmini 500-600 növü var. Əksər növləri istiyə və soyuğa davamlıdır. Viola bitkisinin bəzi növləri birillik, bəziləri isə çoxillik bitkilərdir. Bu bitkinin çox az növü kiçik kol şəklindədir. Əksər növləri dekorasiya məqsədilə yetişdirilir. Onun yarpaqları, tipik olaraq, dilik-dilik ürək formasındadır. Həşəratlar vasitəsilə tozlanan bu bitki əsasən yazda çiçəkləyir. Payız və qış fəsillərində inkişaf edir. Maksimum 15-20 sm-ə qədər böyüyür. Yarpaqları isə 5-6 sm uzunluğunda, bir və ya çox rəngli ola bilər. Violanın bəzi növlərindən parfumeriya sənayesində, bəzilərindən iə tibb sahəsində istifadə olunur. Əsasən payız, qış və yaz aylarında inkişaf edir.